Gömrükdə 3 ton heroin tutuldu

12:30 | 12.07.2014
Gömrükdə 3 ton heroin tutuldu

Gömrükdə 3 ton heroin tutuldu

Narkotik maddə Azərbaycandan Türkiyəyə gedən yük maşınında aşkarlanıbGürcüstanın gömrük işçiləri Azərbaycandan Türkiyəyə gedən yük maşınında külli miqdarda narkotik vasitə aşkarlayıb. Modern.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, dəyəri bir neçə yüz milyon dollar olan 3 ton heroin yük maşının yoxlanışı zamanı aşkarlanıb.“Müsadirə olunan narkotik Gürcüstan üçün misli görünməmiş həcmdədir. Kriminal-ekspert xidmətinin ilkin rəyinə görə, bazar qiyməti bir neçə yüz milyon dollar olan narkotik vasitədə 80 faiz təmiz heroin var”, - deyə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.Hüquq-mühafizə orqanları hadisə ilə bağlı 2 Gürcüstan vətəndaşını saxlayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM