Trend-in xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Səfər Mehdiyev jurnalistlərə açıqlamasında Azərbaycana gətirilən mobil telefonların gömrük məntəqələrində saxlanılmasına aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın gömrük orqanları mobil telefonların ölkəyə gətirilməsi ilə bağlı ciddi araşdırmalar aparır: "Bu barədə danışmaq hələ tezdir. Amma qeyd edilməlidir ki, xüsusilə poçt göndərişləri vasitəsi ilə eyni adda, eyni aylarda və müxtəlif dövrlərdə müntəzəm olaraq mobil telefonların ölkəyə gətirilməsi nəticəsində vergidən yayınma faktları aşkar edilir. Bir ay ərzində ölkəyə 8 minə qədər bu cür telefon gətirilib. Azərbaycanda elektron ticarət vergidən azad olunmayıb. Ölkənin vergitutma bazası olan gömrük orqanları qarşısında əsas məsələlərdən biri də odur ki, elektron ticarəti də vergiyə cəlb etsin. Bu istiqamətdə araşdırmalar aparılır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !