Gömrük İdarəsi koronavirus aşkarlanan gürcünün görüntülərini yaydı - VİDEO

15:19 | 27.02.2020
Gömrük İdarəsi koronavirus aşkarlanan gürcünün görüntülərini yaydı - VİDEO

Gömrük İdarəsi koronavirus aşkarlanan gürcünün görüntülərini yaydı - VİDEO

İrandan gəlib Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən həmin ölkə vətəndaşı fevralın 25-də saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxilolmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb.

Qaynarinfo quruma istinadən xəbər verir ki, yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. Həmin vətəndaş fevralın 25-də saat 17:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu vasitəsilə ölkəni tərk edib.

Qeyd edək ki, Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlardan da aydın görünür ki, xüsusi laboratoriyada aparılan müayinə və analizlərdən sonra həmin şəxsin virus daşıyıcısı olduğu müəyyən edilib.

Hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb