Hesabata görə, aşkar edilən faktlardan 670-i ilə bağlı cinayət işi açılıb. Cinayət məsuliyyətli hüquq pozmalardan 79 qaçaqmalçılıq, 52-i aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satışı, satış məqsədilə saxlanması və ya idxalı,495-i xarici valyuta vəsaitlərini xaricdən qaytarılmaması, 6-ı gömrük ödənişlərinin ödənilməsindən yayınma, 52-i isə digər cinayət xarakterli faktlar üzrə işlərin payına düşüb.
Bu ilin birinci yarımilində icraatına xitam verilən 4 cinayət işi və 4 cinayət xarakterli material üzrə dövlət mülkiyyətinə vurulmuş 988 min 265,1 manat ümumi ziyanın 857 min 183,78 manatlıq hissəsi və ya 86,73 %-i büdcəyə ödənib ki, bu da ötən ilin ilk 6 ayı ilə müqayisədə 3 dəfə çoxdur.
Dövlət Gömrük Komitəsi 6 ayda büdcə öhdəliyini 100 % icra edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !