Dövlət Gömrük Komitəsinin ləğvi ilə bağlı son aylar ardıcıl xəbərlər yayılır. Məlumatlara görə, tezliklə Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılacaq. Bu da dövlətə həmin xidmət vasitəsilə tamamilə sabit gəlir əldə etməyə imkanı verəcək. Bu manevrdə məqsəd təkrarlanmanı aradan qaldırmaq və idarəetmənin səmərəliliyini gücləndirən sinergetik effekt əldə etməkdir.
Ekspertlərin də təqdir etdiyi bu xəbərlərlə bağlı hətta bəzi media orqanları dövlət başçısının müvafiq sərəncamının an məsələsi olduğunu yazır.
Qaynarinfo xəbər verir ki, yenixeber.org-a bununla bağlı yeni xəbərlər daxil olub. Məlumata görə, Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdiriləcəyi deyil, səlahiyyətlərinin bu nazirliklə Dövlət Sərhəd Xidməti arasında bölüşdürüləcəyi gözlənilir.
Qeyd edək ki, ölkəmizdə bu təcrübədən əvvəllər də yararlanılıb. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Dövlət Əmlak Komitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölünüb.
Prosesin prezident seçkilərinə qədər gerçəkləşəcəyi də ehtimal olunur.
Amma komitənin ləğvinin sakit ötüşməyəcəyi də deyilir. Məlumata görə, DGK-nın sədri Aydın Əliyev başda olmaqla, bir sıra vəzifə sahiblərinin yolu istintaqdan keçməli olacaq. Son vaxtlar mediada ərzaq və qeyri-ərzaq məhsullarının monopoliyası və qiymətlərin yüksək olaraq qalması ilə bağlı silsilə yazıların da təsadüf olmadığı bildirilir...
Yeri gəlmişkən bu gün Bakı Baş Gömrük İdarəsi ilə bağlı yayılan xəbər də diqqətçəkicidir. Azpolitika.info-nun yaydığı məlumata görə, ötən həftənin ortalarında Bakı Baş Gömrük İdarəsində ciddi gərginlik yaşanıb: Hüquq-mühafizə orqanları İdarədə qəfil araşdırma aparıb, ilkin məlumata görə gömrük əməkdaşlarından 6 nəfəri sorğu-suala çəkilib, bəzi sənədlər götürülüb. Həbs olunanların olub-olmadığı haqda məlumat verilmir.
Ən maraqlısı isə odur ki, elə həmin gün idarənin əməkdaşlarından biri - 58 yaşlı Zaur Eyyubov ürəktutmasından iş yerində vəfat edib.
Məlumatı verən mənbə bu hadisənin kifayət qədər səs-küylü prosesin başlanğıcı hesab edir: "Rabitəçilərin işi”, "MTN işi” kimi olmasa da...
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !