Gömrükdə 300 dollar limiti 200 dollara endirilə bilər

14:21 | 24.02.2023
Gömrükdə 300 dollar limiti 200 dollara endirilə bilər

Gömrükdə 300 dollar limiti 200 dollara endirilə bilər

Vətəndaşların internet üzərindən ay ərzində sifariş verdiyi malların ümumi həcmi 300 dollardan 200 dollara salınması gözlənilir. Bu barədə anews.az-a etibarlı mənbədən məlumat daxil olub. 
 
Mənbə bildirib ki, bunun da səbəbi sahibkarların tələbi ilə bağlıdır. 
 
"Hazırda bizə çoxlu sayda sahibkar müraciət edir ki, 300 dollarlıq limit 200 dollara endirilsin. Sahibkarlar Azərbaycana gətirdikləri məhsulları sata bilmədiyi üçün narazılıqlar yaranır. Ola bilər ki, bu müraciətlər əsasında qanunvericilikdə müəyyən dəyişikliklər müəyyən olunsun", - mənbə bildirib.
 
2020-ci ildən qanunvericilikdə edilən dəyişikliklərə görə, hər bir vətəndaş internet üzərindən hansısa mağazadan 300 dollar dəyərində məhsul ala bilər. 300 dollar limitini keçdiyi halda isə həmin şəxs keçdiyi məbləğüçün 36% gömrük rüsumu ödəməlidir. 
 
2020-ci ilə qədər isə bu limit 1000 dollar məbləğində müəyyən edilmişdi. 
 
Gülnar Nazimqızı 
 

 

 



www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM