Gömrüyün iki əməkdaşı rüşvətə görə həbs edilib

11:20 | 17.11.2023
Gömrüyün iki əməkdaşı rüşvətə görə həbs edilib

Gömrüyün iki əməkdaşı rüşvətə görə həbs edilib

"Sədərək" postundan rüşvətlə dərman keçirilməsinə görə 2 gömrük əməkdaşı həbs olunub. Bu barədə faktı Trend-ə Baş Prokurorluqdan təsdiqləyiblər.


Bildirilib ki, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş material əsasında Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb.


Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırmalarla bir qrup gömrük əməkdaşının 25 adda dərman vasitələrinin dövlət qeydiyyatına alınmadan, nəzarətsiz ölkə ərazisinə keçirilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM