Günel Mövlud qarşısında günahımız - KÖŞƏ

16:51 | 03.03.2014
Günel Mövlud qarşısında günahımız - KÖŞƏ

Günel Mövlud qarşısında günahımız - KÖŞƏ

Kamal ƏliMəni yazıçı Günel Mövludun maraqları və motivləri yox, onun «Erməni xalqına müraciət» məqaləsinə cavab olaraq yerli saytlardan birində dərc olunmuş çirkli şəkillər və “məqaləcik”lər təəccübləndirir. Ola bilsin, belə “məqaləciklər” və belə siyasi-pornoqrafik saytlar düşündüyümdən də çoxdur. Amma yenə də anlamaq istəyirəm: bunu dərc etmək onlara nə fayda verir? Günel Mövlud – xaricdə yaşayan Azərbaycan yazıçısıdır, Cəbrayıldandır, yəni qaçqındır. Günel məqalələrinin birində belə deyir ki, 1993-cü ildə doğulub-böyüdüyü  Cəbrayıl rayonundan köçkün düşüb: “Qarabağ müharibəsində evimizi, onunla da bərabər uşaqlığımı itirmişəm. Bu müharibə mən də daxil olmaqla, minlərlə yaşıdlarımın səfil, didərgin uşaqlıq yaşamasına, zəif təhsil almasına, ya da heç almamasına, hələ də davam edən köçəri həyat yaşamasına səbəb olub". Onun qohumları və həmyerliləri qovulub, öldürülüb, erməni faşistlərinin zorakılığına məruz qalıb, onların evlərinin və qəbirlərin yerində indi donuz otarırlar, şəhərlərinin adları erməniləşdirilib. Günel Mövlud bütün bunları yaxşı bilir. Amma 23 fevralda – “Xocalı soyqırımı”nın 22-ci ildönümündən 3 gün əvvəl Azərbaycan internet-resurslarından birində onun ermənilərdən üzrxahlıq istəməsi ilə bağlı məqaləsi dərc olundu. Günel öz yazısında ermənilərdən üzr istəyirdi. İşğalçı əsir, didərgin, qaçqın düşmüş qızdan üzr istəmək əvəzinə, hər şeyini itirmiş qız işğalçıdan üzr istəyirdi.Bunu birdən-birə dərk etmək olmur, anlamaq üçün zamana ehtiyac var. Dolaşıq mətndə Azərbaycanda hər kəsə məlum həqiqətlərdən söhbət açılır - dövlət strukturlarında naxçıvanlıların və ermənistanlıların üstünlük təşkil etməsi haqqında həqiqətlər, hüquq pozuntuları, vətəndaşlarımızın azadlıqları, korrupsiya və ümumiyyətlə, bizim hər gün yazdığımız, mübarizə apardığımız, mitinq etdiyimiz, həbsxanalara düşdüyümüz və yandığımız əks olunan məqalə idi oxuduğum. Bizim daxili problemlərimizin mövcudluğu ermənilər qarşısında kimin günahkar olmasına necə transformasiya oluna bilər? O, yazır: Ermənistanın öz problemləri var – xalq üzərində zorakılıqları olan Qarabağ klanının hakimiyyətdə olması. Amma ermənilər buna görə bizdən üzr istəmirlər, halbuki, işğalçıların və dağıdıcıların erməni olması üçün bizdənb üzr istəmələrinə əsaslar var. Amma ermənilər üzr istəmirlər. Yazıçı Cavaxyanın “Tövbə” adlı məqaləsi var, hətta bu yaxınlarda siyasətçi Liparityanın ermənilərin xocalılar qarşısında günahkar olması barədə məqaləsi dərc edilmişdi. Amma hər iki məqalədə üzr-filan yoxdur, heç gözləmirik də.Mən Günelin “Tövbə” məqaləsində əks olunanlar haqqında bir-iki kəlmə deyərdim. Amma saytının oxunması, 1-2 klik artıq gəlsin deyə doğma anasını satmağa hazır olan media rəhbərləri var, onda belə resurs rəhbərliyinə nəyi izah edəsən ki... Buna sadəcə,ehtiyac görmürəm.                                                                                                                                   Günelin əvvəlki yazı üslubunu nəzərə alsaq, bəlkə onun motivlərinə təəccüblənmək də lazım deyil. Mən başqa müasir Azərbaycan yazıçıları kimi onu oxumurdum. Düşünmürəm ki, bizim ictimai-siyasi vəziyyətimiz uzun müddət Azərbaycan ədəbiyyatı tarixində qalacaq yazıçı yetişdirsin. Heç buna vaxt da yoxdur. Amma oxuyanlar belə deyirlər: Günel Mövludun yaradıcılığında yeniyetmələri erotik yuxularda və təhna saatlarda ziyarət edən insani ehtiraslar yer tutur. Siz nəyi nəzərdə tutduğumu yəqin ki, anladınız. Günel bütün bunlar barədə anatomik orqanları xatırlatmaqla açıq yazır, amma mən yazmayacam. Ayıbdır. Yaradıcılığı bəşəri ehtirasın davamı üçün çox lazımlı olan Günel Mövlud birdən siyasətə baş vurdu və dərhal ermənilər qarşısında peşmançılıq keçirdi. Təsəvvür edək ki, onun yaşadığı avroliberallar arasında hormonlar lazımi yerə vurmadı və o da qadın üçün ən xoşagəlməz gündə nəsə yazdı. Nə olsun? Onun tərbiyəsi, dünyagörüşü, təcrübəsi, təhsili, psixoloji və hormonal statusları, liberallığı və kosmopolitizmi budur. Hətta dahilər də səhv edirlər. 1918-ci ildə Trotski düşmənçilik edən Almaniya və Rusiyaya çağırış etdi: nə müharibə, nə də sülh? Ordunu buraxmaq lazımdır. Onda Rusiyada nəzərdə tutulurdu ki, bu iki ölkənin proletariatları, silahı yerə atıb, burada qardaş olacaqlar və mülkədar-kapitalistləri cəhənnəmə qovacaqlar. Kommunistlərin o məşhur çağırışı da bu mənasız ideologiyadan qaynaqlanır: “Bütün ölkələrin proletarları  birləşin!” Yəni, fəhlənin dünyada bir düşməni var, o da kapitalizmdir. Sizə əzab verənləri əzişdirin və dünyanın bütün fəhlələri xoşbəxt olacaq.Biz artıq bunun, necə ümumdünya axmaqlığı olduğunu bilirik. Amma Günel ali məktəbdə sosializm realizmini oxumurdu (o deyir ki, bir çox qaçqınlar kimi, yaxşı təhsil almayıb). O bilmir, anlamır ki, biz birdən naxçıvanlıları və yerazları qovsaq (bir anda belə utopiyanı təsəvvürümüzə gətirək), eləcə də ermənilər də qarabağlı dövlət rəhbərliyini Ermənistandan qovsa, iki xalq arasında düşmənşilik  bitəcək, bir-birimizin qucağına atılacayıq. Amma yaddan çıxarmaq olmaz ki, belə bir hadisə olsa belə, cəbrayıllılar əcdadlarının torpağına qayıtmayacaqlar. Onların qaçqın həyatının səbəbləri yerli oliqarxların korrupsiyasında deyil, daha dərindir – Ermənistanın özündə və ermənilərdə, həmçinin onlardan istifadə edən xarici güclərdə. O, sadəcə bunu bilmir. Hormonlar başa vurub, o da klaviaturaya girişib… Nəhayət, əsas məsələyə yaxınlaşırıq. Yəni Günelin məqaləsi o qədər də əhəmiyyətli deyil. Əvvəldə barəsində danışdığım bir Azərbaycan saytında çirkli mətn və fotomontaj çıxdı, orada Günelin başı qoyulmuş əxlaqsız qız özünün nəyinisə əlləşdirirdi. Belə vəziyyətlərdə bizdə deyirlər: ay bala, axı ayıbdır, uşaq, qadın var, baxa bilərlər! Əgər bu sayt-birgünlük olsaydı, hırıldayan oğlanlara (qızlara) demək olardı: bu yaşda kimin başına belə iş gəlmir ki? İndi onlara bu, maraqlıdır, şəkillərə baxacaqlar və üstündən keçəcəklər.Amma istənilən ictimai-siyasi saytda (barəsində danışdığım saytı artıq pornoqrafik adlandırmaq daha yaxşıdır) redaksiya heyəti çalışır. Ümid edirəm ki, orda yaşlı redaktorlar və yoldaşlar var, onların da evində uşaq-qadın var. Amma bu redaktorlar, ədəbsiz şeyi ağına-bozuna baxmadan saytda dərc etdikdən, hələ bir sosial şəbəkələrdə paylaşdıqdan sonra evinə gedib arvadının, qızının üzünə necə baxır?  İndi mən soruşuram: niyə? Onların praqmatizmi, hədəfləri, yaxın və uzaq, operativ və strateji məsələləri nədən ibarətdir? Əgər onlara kliklər lazımdırsa, onda qoy holldan və ya rus pornosu qoysunlar, bununla da bir milyon baxış hazırdır. Əgər Güneli belə cəzalandırmaq istəyirlərsə, demək, onu pis tanıyırlar. Bildirdim ki, bu xanımın yaradıcılığında anatomik orqanlar tez-tez iştirak edir, həm də bəzi həkimlər xəstəliklərdən danışarkən hər şeyi öz üzərlərində göstərdikləri kimi, Günel də öz şəxsi erotik həyəcanları haqqında yazır. Bu, onunçü ayıb bir məsələ deyil. Yəni çirkli saytın rəhbərləri tərəfindən buraxılmış ox yan keçdi. Onu da deyim ki, Günelin məqaləsi Azərbaycanda az adam oxuyub. Çünki həmin məqalə ümumxalq şöhrəti qazanmaq üçün lazım olan KİV-də çap olunmadı. Sanki Azərbaycan ictimaiyyəti Əkrəm Əylisli ilə bağlı hadisədən dərs götürməyib?  Azərbaycan ədəbiyyatının canlı əfsanəsi sayılan Əkrəm Əylisli roman yazdı, həmin romanda bir azərbaycanlı ermənilər qarşısında utanc hissi keçirir və erməni məbədində keşiş olmaq xəyalına düşür, bununla da öz günahını yumaq istəyir. Roman açıq-aydın boş xülyanın məhsulu idi və ədəbiyyatçıların da dediyi kimi, faktlar tamamilə təhrif edilmişdir.Bu romanın erməni dilində şap olunması ölkədə birmənalı qarşılanmadı. Amma daha çox yadda qalan “Balıq” Hafiz və hakimiyyətdə onun zehniyyətində olanları cürbəcür bəyanatları ilə yadda qaldı: yazıçının qulağının kəsilməsi, kitablarının tonqalda yandırılması istənildi.  Və budur, bizim “qulaqkəsənlər”imiz sayəsində adi roman regional miqyasda bestseller oldu. Yazıçı şaddır və romanın davamı üzərində işləyir. Həmin bu axmaqlıq Günelin yazısından sonra da təkrarlanır.Biz bununla nəyə nail oluruq? Bir cəbrayıllı yazıçı var və narsisizm, nimfomaniya, ədabazlıq və mazoxizm simptomları onda cəmləşib. Vəssalam, başqa heç nə yoxdur. İndi, birgə səfeh səylərimizlə biz Əkrəm Əylislidən sonra ermənilər qarşısında üzrxahlıq edən ikinci "məşhur yazıçı" qazanacağıq.  Ermənilərin qarşısında nədə günahkarıq? Bəs bu Güneli kim yaxşı tanıyır? Nə bu, nə də digər suallara cavab verilmir.  Amma aydın cavab verilsəydi, daha yaxşı olardı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM