Günəş enerjili təyyarə uçuşa başladı

17:24 | 09.03.2015
Günəş enerjili təyyarə uçuşa başladı

Günəş enerjili təyyarə uçuşa başladı


Martın 9-da səhər Əbu Dabidən havaya qalxan təyyarə ancaq günəş enerjisi ilə Yer kürəsinin ətrafına dolanacaq. Təyyarə 10 saatlıq uçuşdan sonra Omana, Muskata çatacaq.

Sakit və Atlantik Okeanlar üzərindən beş və ya altı günlük fasiləsiz uçuş nəzərdə tutulur.

Si2 adlı təyyarənin qanadlarının kənar nöqtələri arasındakı məsafə böyük laynerdəkindən biraz uzundur, ancaq çəkisi minik avtomobili qədərdir.

Solar Impulse təsisçiləri və pilotlar  Bertrand Piccard və André Borschberg ümidvar olduqlarını bildiriblər ki, "köhnə çirkləndirici texnologiyaları təmiz, səmərəli olanlarla əvəzləməyə” maraq və həvəs oyadacaqlar.

Azadliq.org
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti