Günəşdə güclü qasırğa

13:45 | 07.02.2015
Günəşdə güclü qasırğa

Günəşdə güclü qasırğa

Günəşdə fəallığın artdığı və son illər ərzində ən uzun müddət davam edən güclü maqnit qasırğasının baş verdiyi bildirilir.

ANS PRESS-in məlumatına görə, fevral ayının ilk həftəsində meydana gələn uzunmüddətli maqnit qasırğası ilə bağlı NASA-nın internet səhifəsində xəbər yayılıb.

Maqnit qasırğaları olduqca güclü olmaqla yanaşı, üç saat davam edib. Hadisənin ölkəmizdə də hiss olunduğu vurğulanır.

Geomaqnit fəallığının əsas səbəbi isə yer ətrafı günəş partlamasından sonra fəzaya atılmış plazma kütlələrinin yerə gəlib çatmasıdır.

Mütəxəssislərin fikrincə, belə hadisələr zamanı bəzi insanların reflekslərində nasazlıqlar yaranır. Bu, yuxusuzluq, sürətli qərar verə bilməmə, əsəb sistemində narahatlıq və baş ağrısı kimi özünü göstərə bilər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM