ANS PRESS-in məlumatına görə, hazırlanan videonun müəllifi alman rejissor, "Kosmosdan Yer" elmi-sənədli filminin müəllifi Maykl Keniqdir.
Onun çəkdiyi yeni videoda Günəşdə son 4 il ərzində baş verən əsas hadisələr və proseslər öz əksini tapıb.
Maykl Keniq videonun hazırlanması üçün Amerika Milli Kosmik Agentliyi olan NASA-ya məxsus laboratoriyanın video yazılarından və şəkillərindən istifadə edib.
Həmin video sayəsində Günəşdə plazma püskürmələri, koronal yağış və başqa hadisə və prosesləri müşahidə etmək olar.
SUN from Michael König on Vimeo.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !