“Günəşli” yatağında yeni quyu istismara verilib

22:27 | 25.11.2013
“Günəşli” yatağında yeni quyu istismara verilib

“Günəşli” yatağında yeni quyu istismara verilib

“Günəşli” yatağında yeni quyu istismara verilib. 

ANN.Az-ın Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, “Günəşli” yatağındakı 14-cü özüldən 41 nömrəli quyu qazmadan sonra istismara verilib.

“Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu 4001-3975 metr intervaldan sutkalıq 55 ton neft və 36000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. 

Qeyd edək ki, quyu “28 May” adına NQÇİ-nin sifarişi ilə qazılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM