“GoldenPay”in səhmləri açıq satışa çıxarılacaq

09:43 | 19.09.2014
“GoldenPay”in səhmləri açıq satışa çıxarılacaq

“GoldenPay”in səhmləri açıq satışa çıxarılacaq

“GoldenPay” şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsinə bu ilin sonunadək başlanılması nəzərdə tutulub. ANN.Az-ın verdiyi xəbərə görə, 2015-ci ilin birinci rübündə bu prosesə start veriləcək.Bu barədə “PaşaBank”ın idarə heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımov bildirib.T.Kazımov qeyd edib ki, “GoldenPay” şirkətinin ilkin ictimai təklifləri (İPO) ilk olduğundan gələcək təkliflər onun uğurundan asılıdır. Həmçinin “GoldenPay” şirkətinin 5 illik strategiyası İPO prosesinin iştirakçıları tərəfindən bəyənilib.Taleh Kazımov diqqətə çatdırıb ki, investorların qiymətli kağızları, o cümlədən “GoldenPay”in səhmləri daha rahat əldə edə bilmələri üçün onlayn sifariş sistemi yaradılır. Hər bir kəs evində və ya işində oturub qiymətli kağızları alıb-sata biləcək.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM