Bu nəticəyə demoqraf Ruben Yeqanyanın mətbuat konfransındakı çıxışından sonra gəlmək olar. Onun sözlərinə görə, son 6 ildə Ermənistandan hər il geri qayıtmamaq şərti ilə ən azı 35 min insan köçür. Demoqraf qeyd edib ki, zamanlarda miqrantlarının sayının yaxın dəyişməsi üçün zəmin görmədiyini deyib.
Ermənistandakı demoqrafik vəziyyətdən danışan Yeqenyanın sözlərinə görə, ancaq 1990-2000-ci illərdə müxtəlif hesablamalara görə, ölkəni 1 milyon insan tərk edib.
O, bir vacib məqama da toxunub - ölkədən gedən və qalanlar arasında qeyri proporsionallıq var. Ölkəni əsasən fəal gənc kişilər tərk edir, qocalar isə qalır. Bu isə ona gətirib çıxarır ki, əhalinin sayı sürətlə azalır.
Erməni mütəxəssis gün-gündən artan miqrasiyanın səbəbini açıqlamayıb. Səbəblər hamının gözünün qarşısındadır - işsizlik, pul vəsaitinin çatışmazlığı, ilkin tələbat məhsullarının bahalaşması.
Artıq müntəzəm olaraq piketlər, mitinqlər, prezident, baş nazirin iqamətgahları qarşısında aksiyalar İrəvanda adi hala çevrilib. İnsanlar ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmağı tələb edirlər. Onlar isə ancaq pisləşdirir.
Bura bir də Qarabağ münaqişəsini də əlavə edib. Artıq erməni gənclər artıq kiminsə ambisiyasına görə cəbhə xəttində qulluq etmək istəmirlər.
Ermənistanda əhalinin qaçışı hər il artır. Ölkəni tərk edənlər isə sonda bir söz deyirlər "Good Bye Ermənistan" //Anspress.com
Bizi sosial şəbəkələrdə izləyin !