“Google” Azərbaycan bazarına maraq göstərir

13:16 | 21.10.2015
“Google” Azərbaycan bazarına maraq göstərir

“Google” Azərbaycan bazarına maraq göstərir

Dünyanın aparıcı axtarış sistemi olan "Google” şirkəti Azərbaycanda "GoogleAdWords” proqramının tətbiqini genişləndirmək niyyətindədir.
 
"ICTnews” xəbər xidmətinin məlumatına əsasən, "AdWords” servisi effektiv reklam məlumatlarının hazırlanması üçün nəzərdə tutulmuş çoxsaylı alətlərdən və rahat interfeysdən ibarətdir. Bu sistem reklamın qiymətini azaldır və birbaşa tarketing vasitəsi ilə reklam edilən xidmət və məhsulla maraqlanan müştərini özü tapır.
 
Bu alətlər arasında kontekst reklam sistemi, banner-mübadilə şəbəkəsi, "YouTube”da reklam, mobil əlavələr üçün reklam nəzərdə tutulub.
 
Servisdən istifadə etmək istəyən şirkətlər "Google”-un Qafqazda rəsmi distributoru  "AdZone” şirkətinə müraciət edərək bu sahədə təcrübə ilə tanış ola bilərlər. Hazırda şirkət Azərbaycanda infrastrukturun gücləndirilməsinə sərmayələr yatırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM