“Google” bağlanır

09:20 | 30.12.2014
“Google” bağlanır

“Google” bağlanır

Çin hakimiyyəti ölkə ərazisində Google korporasiyasının Gmail poçt xidmətini bloklayıb.

ANN.Az-ın "ICTnews"a istinadən məlumatına görə, bu barədə hüquq müdafiə təşkilatlarından biri xəbər yayıb.

"Mən düşünürəm ki, hökumət, sadəcə, Çində Google şirkətinin fəaliyyətini ləğv etmək üzrə işə davam edir", – GreatFire.org-un nümayəndəsi deyib.

Onun fikrincə, belə addım istifadəçiləri başqa əlçatan poçt xidmətlərinə keçməyə məcbur edir. Çin hakimiyyəti də məhz bunu istəyir.

Bundan əvvəl Çində Instagram sosial şəbəkəsinə giriş bloklanıb. Həmçinin hökumət dövlət idarələrində Windows 8 əməliyyat sistemindən istifadəyə qadağa qoyub və daima Microsoft-un ofislərində axtarış keçirir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti