“Google” bu göstəriciyə görə dünyanın ikinci şirkətidir

23:22 | 22.07.2015
“Google” bu göstəriciyə görə dünyanın ikinci şirkətidir

“Google” bu göstəriciyə görə dünyanın ikinci şirkətidir

Ötən həftənin cümə günü hərrac zamanı "Google”un bazar kapitallaşması 65 milyard dollar məbləğində yüksələrək 468 milyard dollar təşkil edib. Axtarış nəhəngi ABŞ-ın ən bahalı şirkətləri siyahısında "Apple”dan sonra ikinci pilləni tutub.

"ICTnews" elektron xəbər xidməti "vedomosti.ru” saytına istinadən bildirir ki, son günlərdə başqa İT şirkətlərin də səhmləri bahalaşıb. Məsələn, cümə günü "Facebook”un səhmlərinin dəyəri, həmçinin yüksəlib.
Ötən həftənin cümə axşamı "Google” tərəfindən dərc edilmiş ikinci rübün nəticələri gözlənildiyindən daha əlverişli olub. Ancaq investorlar üçün maliyyə göstəriciləri deyil, smartfonlarla bağlı biznesin "Google”un axtarış sistemindən əldə etdiyi gəlirə zərər vurmaması vacib xəbər olub.

"Google”un müştəriləri arasında mobil istifadəçilərin payı artır. Smartfonlarda reklam "Google” üçün uzun müddət ciddi problem olaraq qalıb: bu qurğuların ekranı çox kiçikdir və alış-veriş etmək çətindir. Bu yaxınlarda şirkət avtomobil və daşınmaz əmlak bazarı üçün mobil reklamın yeni formatını təklif edib.

"Mobil texnologiyalar elektron ticarəti və istehlakçıların davranışını dəyişdirir – "Google”un reklam və ticarət bölməsinin direktoru Sridxar Ramasvami bildirib. Biz elan verənlər və tərəfdaşlarla birgə mobil texnologiyaların bütün üstünlüklərini göstərmək və bu sahədə güclü artımı təmin etmək istəyirik".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM