Google Chrome səsinizi dinləyir

12:46 | 24.01.2014
Google Chrome səsinizi dinləyir

Google Chrome səsinizi dinləyir

Bu iddianı irəli sürən israilli proqramçı Tal Ater şəxsi proqram təminatını yaratmaq istəyən zaman belə bir halla üzləşdiyini açıqlayıb.Azvision.az xəbər verir ki, brauzerin yaradıcısı olan Google şirkəti 2013-cü ilin oktyabrında bunu aradan götürdüyünü bildirsə də, israilli proqramçının fikrincə, brauzerin son yenilənmiş versiyalarında analoji hal təkrarlanır. Tal Aterin iddiasına görə, zərərli saytlar brauzerin səs tanıma sisteminə daxil olur. İstifadəçi sayta öz kompüterinin mikrofonundan istifadə etmək üçün icazə verməlidir. İcazə verildikdən sonra Chrome brauzeri bu barədə siqnalı qəbul edir. İsrailli proqramçının iddialarına görə isə haker və zərərli saytlar xüsusi kod vasitəsilə kompüterin mikrofonuna çıxış əldə edə bilərlər.İstifadəçi həmin saytı tərk etsə belə, onun bütün danışıqları dinlənilir.“Qısa müddət üçün daxil olduğunuz belə zərərverici saytları tərk etsəniz belə, sizi uzun müddət dinləyə bilərlər”, - deyə Tal Ater bildirib.Məsələyə münasibət bildirən Google şirkəti isə W3C konsorsiumunun internetin standartlarını müəyyən etdiyini və bununla bağlı cavab gözlədiklərini söyləyiblər.“Biz yeni araşdırma apardıq və əvvəlki kimi hesab edirik ki, istifadəçilər üçün birbaşa təhlükə yoxdur. Çünki istifadəçi hər bir sayt üçün səs tanıma funksiyasını ayrı-ayrılıqda aktiv etməlidir”, - deyə şirkətdən cavab gəlib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM