"Google" parçalana bilər

21:00 | 14.08.2024

"Google" parçalana bilər

ABŞ-nin Ədliyyə Nazirliyi Google şirkətini parçalamağı planlaşdırır.Bu barədə "Bloomberg” məlumat yayıb.

Müzakirələrə görə, şirkətin onlayn axtarış bazarını inhisara aldığı aşkar edilib.Digər bir tərəfdən layihədə onun süni intellekt (AI) məhsullarında ədalətsiz üstünlük əldə etməsinin qarşısını almaq üçün tədbirlər də öz əksini tapıb.

Ədliyyə Departamentinin müzakirələri hakim Amit Mehtanın avqustun 5-də şirkətin onlayn axtarış və mətn reklamları bazarlarını qeyri-qanuni monopoliyaya çevirməsi barədə qərarından sonra gündəmə gəlib.

Google isə bu qərarı apellyasiya şikayətinə verəcəyini bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM