"Google Pay” ABŞ-da xidmətini dayandıracaq

16:04 | 26.02.2024

"Google Pay” ABŞ-da xidmətini dayandıracaq

İyunun 4-ü "Google Pay” ABŞ-da xidmətini dayandıracaq. Bu barədə Overclocers xəbər verib.
 
Xəbərə görə, onu "Google Wallet” tətbiqi əvəz edəcək.
 
Tətbiqin dayandırılması "Google"un istifadəçilər və tərtibatçılar üçün ödəniş təkliflərini sadələşdirmək və konsolidasiya etmək üçün uzunmüddətli strategiyasının bir hissəsidir. 

Google Wallet 180 ölkədə istifadə olunur və istifadəçi bazası Google Pay-dən 5 dəfə böyükdür. Bu xidmət təkcə ödənişləri həyata keçirməyə deyil, həm də müxtəlif kartların və sənədlərin, o cümlədən nəqliyyat vəsiqələrinin, sürücülük vəsiqələrinin və hətta avtomobilin açarlarının rəqəmsal versiyalarını saxlamağa imkan verir.

"Google Pay" ABŞ-da xidmətini dayandırsa da, Sinqapur və Hindistan kimi öz xüsusi ödəniş sistemlərinə malik olan və ayrıca həll tələb edən bəzi digər ölkələrdə fəaliyyətini davam etdirəcək.

"Google Pay" istifadəçilərinin qalıqlarını və vəsaitlərini tətbiq bağladıqdan sonra xidmətin veb interfeysi vasitəsilə əlaqəli bank hesabına çıxarmaq mümkün olacaq.

ABŞ-da "Google Pay" tətbiqinin bağlanması 2011-ci ildə "Google Wallet"in istifadəyə verilməsi ilə başlayan "Google"un ödəniş həllərinin transformasiyasında növbəti addımdır. O vaxtdan bəri, xidmət 2015-ci ildə "Android Pay" tətbiqi və 2018-ci ildə "Google Pay" brendi altında bütün həllərin birləşdirilməsi ilə bir neçə iterasiyadan (plan və məqsəduyğun olaraq təkrar əməliyyatın yerinə yetirilməsi) keçib. İndi şirkət təkmilləşdirilmiş imkanlar təklif edən tək pul kisəsinə, "Google Wallet"ə qayıdır.
 
Aygün Mirakif
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM