“Google” Rusiyadakı ofisini bağlayır

14:29 | 13.12.2014
“Google” Rusiyadakı ofisini bağlayır

“Google” Rusiyadakı ofisini bağlayır

"Google” Rusiyada yerləşən proqram tərtibatı ofisini digər ölkəyə köçürmək niyyətindədir.    
 
"ICTnews” xəbər xidmətinin məlumatına əsasən, "Google” bu qərarın qəbul edilməsində, Rusiyadan kənarda istifadəçi məlumatını saxlamağı qadağa edən şəxsi məlumatlar haqda qanunu səbəb kimi gətirib. "Google” bu məlumatı şərh edərək onu nə təsdiq, nə də təkzib edib.

Lakin ofisin bağlanmasına baxmayaraq "Google” gələn il Rusiya bazarına yönəltdiyi  sərmayələrin həcmini artırmaq niyyətindədir. Eyni dəyişikliklər "Google” şirkətinin İsveçdə, Finlandiyada və Norveçdə yerləşən ofislərində də baş verib.

Qeyd edək ki, hazırda "Google”un Rusiyadakı ofisində 50-yə yaxın proqramçı işləyir.

"Google” Rusiyada aparıcı texnoloji şirkətlərdən biridir və onun Rusiyanın axtarış sistemləri bazarında payı bu il 27 faizdən 31-dək artıb. "Google Android”in Rusiyanın mobil əməliyyat sistemləri bazarında payı isə 85 faiz təşkil edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti