“CNET” nəşri yazır ki, “Google” internet-axtarış sistemi İsrailin səsli parollar hazırlayan “SlickLogin” startapını satın alıb. Sazişin məbləği rəsmən açıqlanmayıb, lakin bəzi məlumatlara görə, söhbət bir neçə milyon dollardan gedir.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, İsrail startapı saytlarda avtorizasiya üçün xüsusi yüksəktezlikli səslərdən ibarət sistemdən istifadə etməyi təklif edir. Smartfona quraşdırılmış müvafiq tətbiq qəbul edilmiş audiosiqnalını təhlil edir və onu sistemə giriş üçün resursun serverlərinə geri ötürür.
Hesab edilir ki, sözügedən texnologiya adi parolları əvəz edə və ya saytlarda ikisəviyyəli identifikasiya sisteminin bir hissəsi ola bilər.
“ICTnews”
Bizi sosial şəbəkələrdə izləyin !