“Google” şirkəti yeni brauzerini təqdim edir

23:18 | 15.01.2014
“Google” şirkəti yeni brauzerini təqdim edir

“Google” şirkəti yeni brauzerini təqdim edir

"Google" şirkəti 2014-cü ildə "Chrome" veb-brauzeri üçün ilk yenilənməsini təqdim edib. "ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Chrome 32"-nin yeni versiyası bir çox müasir internet servisləri ilə təchiz edilib.  

 

Brauzer istifadəçinin "Spotify" və ya "Deezer" musiqi yayımı servislərinin hansına qoşulduğunu özü müəyyən etməyi öyrənib və bu pəncərənin başlığında dinamikin işarəsini təsvir edir. Brauzer eyni zamanda, istifadəçi "Chrome" üzərindən onlayn konfrans keçirirsə, videosessiyaları müəyyən etməyi öyrənib. "Google Cast" ötürülən  brauzerini və kontentini öyrənir.

 

"Chrome 32"-nin digər yenilikləri arasında ziyanverici internet-kontentin aşkar edilməsi, onun kompüterə düşməsinin daha rahat bağlanması funksiyalarını qeyd etmək olar.

 

Brauzerin "Windows" versiyası ilə "Chrome 32"-də kompüterin iş masasında "Windows 8 Metro" rejimində "Chrome Apps" əlavələrinin işarə şəklində təsvir edilməsi mümkün olub.

 

"Chrome 32"-nin "Supervised Users" əlavəsi isə bir neçə törəmə akkaunt yaratmağa imkan verir.

 

Bundan başqa, "Chrome 32"-də bəzi "baq"lar düzəldilib, "Android" üçün "Google Chrome" ilə inteqrasiya yaxşılaşdırılıb və "Symantec Norton Security"  proqram təminatı ilə konflikt həll edilib.

 

"ICTnews"

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb