“Google” şirkəti üzr istədi

16:07 | 11.01.2014
“Google” şirkəti üzr istədi

“Google” şirkəti üzr istədi

ABŞ-ın "Google" şirkəti özünün "Google Maps" servisində bir neçə saat ərzində Almaniyanın paytaxtı Berlin şəhərində mövcud olmayan “Adolf Hitler” adına meydanın göstərilməsinə görə üzr istəyib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı “France Internationale” radiosu yayıb. Əslində isə “Adolf Hitler” adına meydan 1933-cü ildən 1947-ci ilədək Berlində mövcud olub. Bu meydan 1963-cü ildə Almaniyanın ilk prezidenti Teodor Hoysun adına dəyişdirilib. “Bizə bu səhv haqqında dedilər, biz də Google-də həmin səhvi düzəldik. Bu səhvə görə üzr istəyirik”, - deyə Google-nin Almaniyadakı nümayəndəsi bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür