“Google+” sosial şəbəkəsinin inkişafına görə cavabdeh “Google” şirkətinin vitse-prezidenti Vik Qandotra 8 il işlədiyi şirkəti tərk edəcək. O, bu haqda öz fərdi səhifəsində yazıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, top-menecer getməyinin səbəbini, yeni iş yeri barədə və onun postuna gələcək şəxsin adını açıqlamayıb. "Yeni yola çıxmaq vaxtıdır" – o yazıb. “Reuters” agentliyi yazır ki, Qandotranı “Google+”-un hazırlamalar üzrə vitse-prezidenti Devid Besbriz əvəz edəcək.
“Google”un baş direktoru Larri Peyc “Google+” sosial şəbəkəsində ayrıca yazıda şirkətə verdiyi töhfəsinə görə Vik Qandotraya öz dərin təşəkkürünü bildirib.
“Google+” sosial şəbəkəsi 2011-ci ilin iyununda işə salınıb. “Google+”-un aylıq auditoriyası 300 milyon istifadəçi təşkil edir.
ANN.Az