Google süni intellekt sisteminə keçid edir

21:15 | 17.04.2023
Google süni intellekt sisteminə keçid edir

Google süni intellekt sisteminə keçid edir

Google” şirkətinin axtarış sisteminə bir sıra yeni süni intellekt xüsusiyyətləri əlavə ediləcək.

Bu barədə "New York Times” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, şirkət 2022-ci ilin may ayından bir sıra süni intellekt alətləri üzərində işləyir. Tezliklə funksiyalar barədə daha ətraflı məlumat yayılacaq.

İlkin mərhələdə 1 milyona yaxın insan yeni funksiyalardan istifadə edə biləcək, ilin sonuna qədər isə onların sayı 30 milyona çatacaq.

Yeni "Google” funksiyaları sorğu əsasında kod yaza, həmçinin proqram təminatı ilə bağlı sorğulara cavab verə və çatbot ilə söhbət vasitəsilə musiqi axtarışını həyata keçirə biləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb