“Google” ucqar əraziləri internetlə təmin edəcək

22:01 | 17.03.2015
“Google” ucqar əraziləri internetlə təmin edəcək

“Google” ucqar əraziləri internetlə təmin edəcək

"Google” şirkətinin günəş enerjisi ilə işləyən pilotsuz təyyarələrin köməyi ilə ucqar ərazilərin internetə çıxış imkanı ilə təmini üzrə iddialı layihəsi starta hazırdır.

"Google”un ötən il satın aldığı pilotsuz uçuş aparatı (dronlar) istehsal edən "Titan Aerospace” şirkəti Federal Rabitə Komissiyasından sınaqların keçirilməsi üçün sentyabra kimi qüvvədə olacaq lisenziya əldə edib.

"ICTnews" elektron xəbər xidməti "computerworld.ru” saytına istinadən bildirir ki, "Google”un dronlar üzərində sınaqdan başqa hava şarlarından istifadəni nəzərdə tutan daha bir layihəsi var. Bu yaxınlarda internet şirkətdən bildirilib ki, sözügedən "Loon” layihəsi üzərində işlər tam sürətlə gedir. Bu layihənin köməkliyi ilə "Google” şirkəti "Vodafone” ilə birgə Yeni Zelandiyada, "Telstra” ilə Avstraliyada və "Telefonica” ilə birgə Latın Amerikasında abunəçilərə "LTE” texnologiyası üzrə internetə çıxış imkanını təmin edəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM