Beləliklə, "https://” (şifrlənmiş sayt) əvəzinə "http://” ilə başlanan (resursların əksəriyyətində istifadə olunan adi internet protokolu) istənilən internet ünvanını açdıqda istifadəçi göndərilən məlumatların qorunmadığı haqda xəbərdarlıq alacaq.
ANN.Az "ICTnews"a istinadən xəbər verir ki, "Google” bütün saytları əsas seçim kimi "HTTPS” şifrlənmə protokolundan istifadəyə keçidə inandırmaq istədiyini gizlətmir. Cari ilin yayında axtarış sistemi öz axtarış sistemində şifrlənmiş səhifələrin "nüfuzunu” artırmağa başlayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !