• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Google xəstəlikləri aşkar edən süni intellekt proqramı hazırlayıb

Google xəstəlikləri aşkar edən süni intellekt proqramı hazırlayıb
21.09.2023 12:37
Google-un DeepMind şirkəti süni intellektdən istifadə etməklə insan DNT-sində xəstəlik törədən genləri aşkarlaya bilən "AlphaMissense” adlı proqram hazırlayıb. Bu barədə Google Deepmind məlumat verib. 

Bu dövrün texnologiyasının ən son ixtiralarından biri olan süni intellekt artıq tibb aləmində çox mühüm yer tutmağa başlayıb. Mövzu ilə bağlı böyük bir addım Google-un süni intellekt proqramı inkişaf etdirmə şirkəti DeepMind tərəfindən atılıb. Nadir xəstəliklərin diaqnozunu sürətləndirmək üçün DeepMind DNT-də genetik mutasiyaların xəstəliyə səbəb olub-olmadığını təxmin edə bilən süni intellekt proqramı hazırlayıb. 

"AlphaMissense” adlı proqram DNT kodunda yanlış genetik mutasiyalar və ya dəyişikliklər haqqında proqnozlar verir. "Science" jurnalında dərc edilən araşdırmada AlphaMissense insan zülallarına təsir edə bilən 71 milyon tək hərfli mutasiyaların hamısını qiymətləndirmək üçün istifadə edilib.

Proqramın həssaslığını 90 faizə təyin etdikdə, səhv mutasiyaların 57 faizinin, ehtimal ki, 32 faizinin zərərli olduğunu proqnozlaşdırıb. Qalanların təsirinin aydın olmadığı bildirilib. Bu tapıntılara əsaslanaraq, alimlər mutasiyaların xəstəliklərə necə səbəb olduğunu və nadir xəstəliklərin diaqnozunu öyrənən genetiklər üçün proqnozların yer aldığı pulsuz onlayn kataloq dərc ediblər. 

Belə mutasiyalar adətən zərərsizdir, lakin zülalların işini poza bilər və kistik fibroz və oraq hüceyrəli anemiyadan xərçəngə və beyin inkişafı ilə bağlı problemlərə qədər xəstəliklərə səbəb ola bilər.

Bildirilib ki, "AlphaMissense” adlı süni intellekt proqramının proqnozları nadir xəstəliklərin tədqiqini və diaqnozunu sürətləndirməyə kömək edə bilər.

"Science” jurnalında yazan Dr. Jun Cheng və komandasının dediyinə görə, proqram həmçinin əvvəllər xüsusi pozğunluqlarla əlaqəli olmayan mutasiyaları müəyyən edə bilər və həkimləri daha yaxşı müalicələrə istiqamətləndirə bilər.

Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abbas Əraqçi Ər-Riyad və Dohaya səfər edəcək
Dünya 11:58
Abbas Əraqçi Ər-Riyad və Dohaya səfər edəcək
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Dünya 09:00
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Dünya 08:50
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Dünya 23:13
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Dünya 22:43
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Meksika körfəzinin adı dəyişdirilir
Dünya 22:12
Meksika körfəzinin adı dəyişdirilir
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
Dünya 21:50
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Dünya 21:40
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Yeni Roma Papası seçilib - Yenilənib
Dünya 21:26
Yeni Roma Papası seçilib - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol