Goranboyda ipəkqurdları tələf olur

20:00 | 31.05.2020
Goranboyda ipəkqurdları tələf olur

Goranboyda ipəkqurdları tələf olur

Goranboyda kümçülərə paylanan ipəkqurdları tələf olur.

Rayonun müxtəlif kəndlərində sakinlər tərəfindən bəslənən barama qurdları günbəgün böyüyüb sarıma etmək əvəzinə, geriləyib məhv olur. Kümçülər bu ilin may ayının 1-də götürdükləri toxumları qaydalara uyğun yetişdirsələr də 4-cü yaşında ipəkqurdunda geriləmə hiss ediblər. Bu haqda Rayon İcra hakimiyyətinə, Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) məlumat verildikdən sonra mütəxsislər kümxanalara baxış keçirib. Uzun illər ipəkqurdu bəsləyən rayon sakinləri ötən il, ondan əvvəlki illərdə yüksək məhsuldarlıq əldə etdiklərini deyirlər. Kümçülər bu il xeyli əziyyət, müəyyən miqdarda xərc çəkdikləri ipəkqurudunun gözləri önündə məhv olmasını təəssüf hissi ilə qarşılayırlar.

Goranboy rayon İcra Hakimiyyətinin nümayəndəsi Yasin  Məmmədov bildirib ki, Goranboy rayonuna 1 may 2020-ci ildə 275 qutu (5225 qram), 5 may 2020-ci ildə isə 42 qutu (798 qram) ipəkqurdu toxumları verilib:

"İkinci mərhələdə verilən toxumlar ümumiyyətlə oyanmayıb. Yaranmış vəziyyətin yerində araşdırılması və mövcud vəziyyətin öyrənilməsi üçün mütəxəssis göndərilməsi məqsədi ilə rayon İcra Hakimiyyəti tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə rəsmi müraciət edilib. Mütəxəssislər barama qurduna baxış keçiriblər və məlum olub ki, toxumda sarılıq xəstəliyi olub”.

Qeyd edək ki, Goranboy rayonunda ipəkqurdunda yaranan xəstəlik, məhsuldarlığa ciddi təsir göstərəcək.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb