Goranboyda qadını ata bağlayaraq döyən şəxs məsuliyyətə cəlb edilib.
Onun sözlərinə görə, Goranboy rayonu Əlirzalı kəndində yaşayan Ələkbərova Sahilə Məhazir qızı Goranboy RPŞ-ə ərizə ilə müraciət edərək bildirib ki, həmkəndlisi tərəfindən döyülüb:
"Müraciətlə bağlı araşdırma başlanılıb. Məlum olub ki, S.Ələkbrova ilə həmkəndliləri - Dəmirov Ariz Knyaz oğlu, Dəmirova Filduz Əli qızı və Dəmirova Fəridə Knyaz qızı arasında şəxsi münaqişə baş verib.
Bu zaman onlar S.Ələkbərovanı vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetiriblər. Bununla bağlı cinayət məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb”.
Qeyd edək ki, bir neçə gün öncə Goranboyda qadın həmyerliləri tərəfindən ata bağlanaraq döyülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !