Göyçay sakini özünü körpüdən ataraq intihar etdi

23:00 | 04.06.2020
Göyçay sakini özünü körpüdən ataraq intihar etdi

Göyçay sakini özünü körpüdən ataraq intihar etdi

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Publika.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə bu gün səhər saat 8:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən körpüsündə qeydə alınıb.

Elçin adlı şəxs özünü körpüdən çaya atıb. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Hazırda onun meyitinin çaydan çıxarılması üçün tədbirlər görülür. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM