"Gör məni nə çarəsiz dərdə saldın..." - Şəhidin məzarından bu foto ürək parçaladı

22:59 | 24.04.2019
Şəhid Elvin Həsənovun məzarından foto yayımlanıb.

BiG.AZ xəbər verir ki, yaşasaydı bu gün 25 yaşını qeyd edəcəkdi. Şəhidin anası oğlunun məzarından foto paylaşaraq "Anan qurban, bu gün sənin torpağın altında 25 yaşın tamam olur. Amma sən mənim gözümdə elə 20 yaşında qaldın. Gör məni nə çarəsiz dərdə salmısan" şərhini yazıb.

Qeyd edək ki, E.Həsənov 2014-cü ildə cəbhə xəttində gedən döyüşlərdə şəhid olub. O, Sumqayıt şəhərində dəfn olunub.
 





www.anews.az
loading...