Bakıda daha bir klinikada ölüm olub.
Anews.az xəbər verir ki, Nərimanov rayon Prokurorluğunun yaydığı məlumata əsasən, hadisə "Grand Hospital”da qeydə alınıb. Ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Qasımov Nurağa Hüseynağa oğlu əməliyyatdan sonra dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !