Oxu.Az xəbər verir ki, bu barədə "Qruzstat”ın (Gürcüstanın Milli Statistika Xidməti) cari ilin ilk iki ayının nəticələrinə dair xarici ticarət barədə hesabatında deyilib.
Azərbaycan bu növ yanacağın Gürcüstana çatdırılması üzrə əsas təchizatçılardandır. Bu kateqoriyadan olan ölkələrə idxalın ümumi həcmində xüsusi çəkisi 66,2 faizdir. Hesabatın göstəricilərinə əsasən, 2015-ci ilin iki ayı üçün Gürcüstan ümumilikdə 101,9 milyon dollar həcmində təbii qaz idxal edib.
Qazın təchizatının qalan hissəsi Rusiya və digər mənbələrin hesabına düşür.
İllik hesablamalarda Azərbaycandan qazın idxalı 17,2 faiz azalıb (kəmiyyətdə çatdırılma neft ekvivalentində 48,7 min ton və ya 13,2 faiz azalıb).
Müqayisə üçün: keçən ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan, neft ekvivalentində 81,42 milyon dollar məbləğində 368 min ton qaz idxal edib.
Gürcüstanın Azərbaycandan ümumi idxalında qazın xüsusi çəkisi 66,9 faizdir.
2015-ci ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 100,7 milyon dollar məbləğində mal idxal edib, bu isə keçən ilin analoji dövrü üçün olan göstəricidən 15 faiz azdır.
Azərbaycan Gürcüstana iki ölkəni birləşdirən Azərbaycanın Qazax rayonunda birləşən boru kəməri ilə Azərbaycan qazı ixrac edir. Bu boru kəməri ilə qazın nəql gücü ildə 2,5 milyard kub metrdir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !