Beynəlxalq Valyuta Fondu Gürcüstana 3 il müddətə 154 milyon dəyərində kreditin verilməsini qəbul edib. ANS PRESS-in məlumatına görə, dərhal ayrılacaq ilk tranş 62 milyon təşkil edir. Proqram makroiqtisadi risklərin azaldılması, iqtisadi yüksəliş və iqtisadiyyatın xarici təzyiqlərə dayanınıqlılığı üçün nəzərdə tutulub.Fondun direktor müavini Min Çju bildirib ki, Gürcüstan bundan əvvəlki proqramlarda iqtisadi islahatlara can atdığını nümayiş etdirib. Fiskal Siyasət qısamüddətli perspektivlərdə yüksəlişə nail olmağa yönəldilir ki, bu da vergilərin azaldılması deməkdir. Lakin BVF-nin proqramı ən əsası orta müddətli perspektivdə büdcədə olan kəsirin azaldılması üçün nəzərdə tutulub.
“Struktur islahatlar proqramın məqsədi olan rəqabətə dözümlüyü və biznes mühitinin yaxşılaşdırması yönündə vacib irəliləyiş etməlidir. Bu konteksdə Gürcüstanın azad ticarət barədə və AB assosiasiyası ilə sazişinin imzalanması ilə ölkənin daha dərindən Avroİnteqarisiyasının göstəricisidir”, - deyə Min Çju qeyd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !