İki gün davam edəcək səfər çərçivəsində Qeorqi Marqvelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək
Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili Azərbaycana rəsmi səfər edəcək. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Qeorqi Marqvelaşvili 12-13 fevralda Azərbaycanda rəsmi səfərdə olacaq. Gürcüstan prezidentinin administrasiyasının mətbuat xidmətindən bildirilib ki, Marqvelaşvili Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Daha sonra iki ölkənin liderləri birgə bəyanat verəcəklər.
Gürcüstan prezidenti həmçinin Azərbaycanın baş naziri Artur Rəsi-zadəylə və Azərbaycan parlamentinin sədri Oktay Əsədovla görüşəcək.
Qeorqi Marqvelaşvili 13 fevralda Qax-a baş çəkəcək. Onun burda etnik gürcü əhalisiylə görüşü planlaşdırılır.
ANS PRESS