Gürcüstan prezidenti beynəlxalq ictimaiyyətə müraciət etdi

09:00 | 27.02.2014
Gürcüstan prezidenti beynəlxalq ictimaiyyətə müraciət etdi

Gürcüstan prezidenti beynəlxalq ictimaiyyətə müraciət etdi

 Gürcüstan prezidenti Georgi Marqvelaşvili “Bizimlə birlikdə çıxış edin” çağırışı ilə beynəlxalq ictimaiyyətə müraciət edib.APA-nın Gürcüstan bürosunun məlumatına görə, prezident jurnalistlərə açıqlamasında müraciətin  tikanlı məftil çəkənlərə qarşı olduğunu deyib. O, qeyd edib ki,  bu hərəkət münaqişəni çətinləşdirməyə yönəldilib.  "Mən bu qanunsuz hərəkətlərin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətə “Bizimlə birgə çıxış edin” çağırışıyla müraciət edirəm.  Bu tədbirlər münaqişəni çətinləşdirməyə  yönəldilib. Tikanlı məftillər münaqişəni saxlamaq üçün çəkilir,”  Marqvelaşvili bildirib. Lakin Gürcüstan prezidenti  müraciətində Rusiyaya da müraciət edir və xatırladır ki,  bu hərəkətlər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır: “Eyni zamanda mən Rusiyaya müraciət etmək istəyirəm. Bu, yenə bir cinayətdir. Bu, yenə beynəlxalq hüquq normalarının pozulmasıdır. Fikirləşirəm ki, tikanlı məftillərin çəkilməsi münaqişənin gərginləşməməsinə yönəldilib, lakin hər kəs münaqişəyə qarşı zaman tapa bilər, prezident qeyd edib.” Xatırladaq ki, Rusiya Gürcüstanın daxilinə doğru 11 km məsafədə tikanlı məftillər çəkib. Gürcü mətbuatının yazdığına görə, Rusiya Gürcüstanla sərhəddə yenə tikanlı məftil çəkməyə başlayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM