Gürcüstan Azərbaycan və Ermənistan arasında yaranmış konfliktin dərhal aradan qaldırılmasına ümid edir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın Xarici İşlər naziri Maya Pandjikidze çıxış edib. O, hər iki tərəfdən baş vermiş əsgər ölümlərinə görə təəssüf hiss keçirdiyini bildirib:
“Biz böyük narahatlıqla Azərbaycanla Ermənistan arasında baş verənləri izləyirik. Mən bütünlüklə əminəm ki, nəinki bizim regiona, hətta bütün dünyaya yenidən daha bir donu açılmış konflikt lazım deyil. Ona görə də iki ölkə liderlərinin ümumi dil tapacaqlarına və konflikti yeni sülh yolu ilə həll edilməsinə yönəldəcəklərinə əminəm. Bildiyim qədər ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilməyi haqqında işartılar peyda olub. Bu mənə ümid verir ki, konflikt tezliklə başa çatacaq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !