Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının (2010-2014-cü illər) icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri işləri başa çatdırılıb.«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bu gün Ağstafa-Poylu mənzilində 317-cü kilometrin əsaslı təmiri başa çatıb. Dövlət Proqramının icrası çərçivəsində 317-ci kilometrin əsaslı təmiri prosesini «Azərbaycan Dəmir Yolları» QSC «Dəmiryolservis» MMC-nin baş direktou Əli Əşrəf Lütfəlibəyov və müvafiq qurumların rəhbərləri izləyiblər. Qeyd edək ki, əsaslı təmir işlərini «Dəmiryolservis»in müəssisələri həyata keçirib. Dövlət Proqrammının icrası çərçivəsində əsaslı təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilib. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !