Gürcüstan yazıçısı XİN-in “qara siyahı”sından çıxarıldı

14:29 | 13.04.2015
Gürcüstan yazıçısı XİN-in “qara siyahı”sından çıxarıldı

Gürcüstan yazıçısı XİN-in “qara siyahı”sından çıxarıldı

"Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının "Dövlət Sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş "arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Gürcüstan vətəndaşı, yazıçı David Turaşvili adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə məktubla müraciət edib”.

Modern.az xəbər verir ki, bu barədə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki,  David Turaşvili məktubda bu səfərin təsadüfi və qərəzsiz olduğunu, heç bir halda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmətsizlik xarakteri daşımadığını bildirib.

"O, müstəsna hal kimi arzuolunmaz şəxslər siyahısına salınması barəsində qərarın ləğv edilməsini xahiş edib. David Turaşvilinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti