Gürcüstana gedənlərin nəzərinə

17:38 | 10.02.2015
Gürcüstana gedənlərin nəzərinə

Gürcüstana gedənlərin nəzərinə

Gürcüstanda vizaların alınması üçün elektron sistem tətbiq olunmağa başlayıb. 

Bu ölkəyə səfər edəcək xarici vətəndaşlar www.evisa.gov.ge saytında qeydiyyatdan keçərək, daha sonra konsulluq idarəsinə müraciət etmədən elektron viza ala biləcəklər. 

Oxu.Az xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi bildirib ki, yeni servis Türkiyə, Azərbaycan, Ermənistan, Avstraliya, Vyetnam, Sinqapur, Bəhreyn Krallığı, Kamboca kimi ölkələrdə aktiv olaraq istifadə olunacaq. 

Qeyd edək ki, Gürcüstana qısa müddətli səfər edən Azərbaycan vətəndaşlarının viza almasına ehtiyac yoxdur. İş və təhsillə bağlı bu ölkəyə uzun müddətə səfər edən Azərbaycan vətəndaşları isə Gürcüstanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsindən viza almalıdırlar. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM