Gürcüstanda NATO bazaları açılacaq

19:17 | 10.10.2014
Gürcüstanda NATO bazaları açılacaq

Gürcüstanda NATO bazaları açılacaq

“Rusiya bütün region üçün təhlükədir”.

 

Axar.az “Unian.net”ə istinadən xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın Müdafiə naziri İrakli Alasaniya çıxış edib.

 

O, Gürcüstanın NATO ilə əməkdaşlıq məsələsinin artıq tam həll edildiyini bildirib:

 

“NATO-dan Gürcüstana təklif olunmuş paketdə Rusiyadan gələn təhlükədən müdafiə üçün birgə təlimlərin keçirilməsi yer alıb. Bu, artıq həll edilmiş məsələdir. Gürcüstan tərəfindən NATO təlim bazalarının açılması və yaradılması üçün hazırlıqlar başa çatıb. Region üçün vahid, böyük təhlükə Gürcüstanda yerləşən və hazırda Ukraynada fəaliyyət göstərən rus işğalçı qüvvələridir. Biz ümid edirik ki, Rusiya beynəlxalq ictimaiyyətin təzyiqləri nəticəsində 2015-ci ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti