Bu gün Gürcüstanın xarici işlər naziri Maya Pancikidze fövqəladə brifinq keçirərək vəzifəsindən istefa verdiyini açıqlayıb.APA-nın Gürcüstan xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, M. Pancikidze hakimiyyətdəki “Gürcü Arzusu” koalisiyasını tərk etdiyini də bildirib. Onunla birlikdə nazir müavinləri David Zalkaliani, Tamar Beruçaşvili və David Calaqaniya da istefaya gediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !