NATO-nun baş rəsmisi deyir ki, alyans Gürcüstanda birgə təlim mərkəzinin açılması üzərində işləyir.
NATO baş katibinin müavini Alexander Vershbow yanvarın 26-da Brüsseldə Gürcüstanın Kanal 1 televiziyasına müsahibə verib. Onun sözlərinə görə, mərkəz bu ilin sonunadək Gürcüstanda işə başlayacaq.
Vershbow onu da qeyd edib ki, Gürcüstanın NATO-ya daxil olmaq üçün gərəkən hər şeyi var. Bütün vacib mexanizmlər alyansın ötən sentyabrda Uels sammitində genişləndirilib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Vershbow yanvarın 29-30-da Tbilisiyə səfər edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !