Azərbaycanda kifayət qədər heyvan olduğu halda, sahibkarlar Gürcüstandan böyük həcmdə mal idxal edirlər.Belə ki, 2012-ci ildə Gürcüstandan Azərbaycana 42 679 baş, 2013-cü ildə isə 49 061 baş mal-qara gətirilib. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib. Onun sözlərinə görə, mal-qara idxalı ilə məşğul olan sahibkarlar kəndlərdəki fermerlərlə məsləhətləşmirlər, mövcud vəziyyəti araşdırmırlar: «Sahibkarlar özlərinə əziyyət vermədən, xaricdən mal-qara gətirirlər. Bu, yolverilməzdir. Onlar əslində yerlərdəki fermerləri axtarmalı, onlarla məsləhətləşib, qrafik tutmalıdırlar». Qeyd edək ki, Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, bu ilin birinci yarısında 21,33 mln. lari (təxminən 11 mln. manat) dəyərində 8,28 min ton diri çəkiyə malik iribuynuzlu mal-qara idxal edilib. Bu, Gürcüstandan Azərbaycana həyata keçirilən ümumi ixracın 6,41%-nə bərabərdir. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana iribuynuzlu mal-qaranın ixracı təxminən 60% artıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !