Gürcüstanla sərhəd avtomobil yolu yenidən quruldu və istismara hazırdır - FOTO

10:41 | 22.11.2013
Gürcüstanla sərhəd avtomobil yolu yenidən quruldu və istismara hazırdır - FOTO

Gürcüstanla sərhəd avtomobil yolu yenidən quruldu və istismara hazırdır - FOTO

Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən ANN.Az-a verilən məlumata görə, avtomobil yolunun ümumi uzunluğu 59 km-dir.

26 km-i asfalt-beton, 33 km-i isə çınqıl örtük təşkil edən 3-cü texniki dərəcəli yol uzun müddət istismarda olduğundan yol geyimində dağılmalar və çökmələr baş verib, yol avadanlıqları, süni qurğular yarasız vəziyyətə düşüb.

2-ci texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulan yol boyu artıq süni qurğuların tikintisi, torpaq işləri və 56 km məsafədə asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb.

Hazırda beton küveytlərin tikintisi, çiyin hissələrinin yolun səviyyəsinə qaldırılması, yol nişanlarının qoyulması və qalan ərazidə asfalt-beton işləri gedir. Yolun yaxın vaxtlarda istismara verilməsi gözlənilir.

Qeyd edək ki, sözügedən yol Qazax və Ağstafa rayonlarını kənd və yaşayış məntəqələri, eləcə də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə əlaqələndirəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti