Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək

13:12 | 11.02.2014
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək

Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək

Fevralın 19-da Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Azərbaycana səfərə gələcək. Bu barədə APA-ya Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. M. Pancikidze Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Gəncədə keçiriləcək görüşündə iştirak edəcək. Tərəflər qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edəcəklər.  Qeyd edək ki, Gəncə görüşü Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçüncü üçtərəfli görüşü olacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM