Gürcüstan Prezidenti Georgi Marqvelaşvili gələn həftə Azərbaycana rəsmi səfərə gələcək. Lent.az-ın xəbərinə görə, bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.G.Marqvelaşvilinin Azərbaycana səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq, regiondakı vəziyyət qiymətləndiriləcək.Qeyd edək ki, bu, Georgi Marqvelaşvilinin Prezident seçiləndən sonra Azərbaycana ilk səfəridir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !