Bu gün Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili ölkədə akkreditə olunan bir çox ölkələrin səfirləri ilə görüşüb.Görüşlərdən sonra azərbaycanlı jurnalistlərə açıqlama verən G. Marqvelaşvili Azərbaycan səfiri ilə görüşünün maraqlı keçdiyini bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni prezident qeyd edib ki, Azərbaycandan ünvanına gələn təbriklər onu çox sevindirir: “Azərbaycan prezidenti ilə mövcud olan münasibətlərimizin davam edəcəyinə əminəm. İnanıram ki, bu vaxta qədər davam edən strateji əməkdaşlığımız daha da inkişaf edəcək”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !